Bu günlərdə Bakıda “Misin Memarlıqda Tətbiqi” adlı seminar-konfrans keçirilib. Bakının ən dəbdəbəli otellərindən birində baş tutan tədbir “Armadil Group” şirkətinin təşkilatçılığı və Azərbaycan Memarlar İttifaqının dəstəyi ilə baş tutub. Azərbaycanın apparıcı memarları həmin tədbirdə iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan aparıcı qeyd edib ki, Azərbaycan memarlığı çox dərin ənələrə söykənir. Lap qədim dövrlərdən Azərbaycan ərazisində çoxsaylı memarlıq abidələri inşa olunub. Tarix boyu peşəkarlığı, yaradıcılıq imkanlarının genişliyi və tükənməz fantaziyası olan memarlarımız tarixə öz adlarını qızıl hərflərlə yazıblar.
Zaman-zaman ölkəmizdə memarlıq abidələri yaradılarkən çoxsaylı materiallardan istifadə olunub. Memarlıq nümunəsi yaradılarkən seçilən material həmin abidənin gözəlliyinə və ehtişamına böyük təsir göstərir. Eyni zamanda həmin abidənin nə qədər yaşayacağını proqnozlaşdırır. Yəni binanın inşası zamanı keyfiyyətli material istifadə olunarsa, binanın ömrü bir o qədər uzun olar.
İnşaat materiallarının çoxu zamanın qarşısında tab gətirmək gücündə deyil. Hətta daş da zamanla aşınır. Amma elə materiallar var ki, zamana, təbiətin şıltaqlığına qalib gələrək yaşayır və uzun illər öz gözəlliyini qoruyub saxlayır. Belə materiallardan biri də misdir.
Avropada, özəlliklə Almaniyada artıq uzun əsrlərdir ki, memarlıq nümunələri yaradılarkən mis materialından istifadə olunur. Bu materialın sayəsində əsrlər öncə inşa olunmuş binalar bu gün də ilkin görkəmini qoruyub saxlayır.
“Armadil Group” şirkətinin İctimaiyyətlə Əlaqələr üzrə meneceri Teymur Hacıyev öz çıxışında qeyd edib ki, ölkəmizdə mis materialının memarlıqda tətbiqi sahəsində ixtisaslaşan şirkət “Armadil Group”-dur. Fəaliyyətinin qısa müddəti ərzində Azərbaycanda yaradılmış bir çox gözəl memarlıq nümunələrinin yaranmasında əməyi olub.
“17 il öncə fəaliyyətə başlayarkən peşəkarlığı əsas fəaliyyət prinsipimiz olaraq seçdik. Bütün işlərimizdə bu prinsipi rəhbər tutduq. Dam örtüklərinin quraşdırılması, divarların (fasadların) üzlənməsi sahəsində böyük təcrübə topladıq. Böyüdük və inkişaf etdik. Avropanın aparıcı sənaye konserni, mis və mis ərintiləri məhsullarının istehsalçısı olan KME GROUP-un Azərbaycanda rəsmi distribyutoru olduq”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, bu gün “Armadil Group” şirkəti öz dəst-xətti ilə seçilir.
“Hər bir işimizdə görünən bu üslub bizim təcrübəli, peşəkar və yüksək yaratma eşqinə malik komandamızın əməyidir. Şirkət əməkdaşlarının peşəkarlığının artırılmasına böyük önəm veririk. İnkişaf edən dünyada hər an yeniliklərə hazır olmağın vacibliyini dərk edirik. Odur ki, hər zaman əməkdaşlarımızın peşəkarlığının artması üçün tədbirlər görürük. Şirkətdə çalışan memarlar, mühəndislər və ustaların biliklərinin artması məqsədi ilə mütəmadi olaraq inkişaf etmiş ölkələrdə təcrübə keçirlər” – o vurğulayıb.
Teymur Hacıyev həmçinin qeyd edib ki, şirkətin avropalı tərəfdaşları Bakıda görülmüş işləri yüksək qiymətləndirir. Bəzi məqamlarda şirkətin tövsiyələrindən də faydalanırlar. Avropada və dünyada yaradılan bəzi memarlıq nümunələrində “Armadil Group” şirkətinin üsllubundan da istifadə edilir.
“Şirkətimiz Klassik, modern və milli üslubda olan dam örtükləri və fasad sistemlərinin təchizatı, o cümlədən quraşdırılası işi ilə məşğuldur. Bu sahədə Avropanın və ən qabaqcıl təcrübəsini Azərbaycana gətiririk. Bizim əməkdaşlarımız fasad və dam örtükləri sistemlərinin quraşdırıması işində ölkəmizdə ən yüksək peşəkarlığa sahib insanlardır. Müştəri məmnuniyəti, kefiyyət və gözəllik bizim işimizin seçilən tərəfləridir. Bizə etibar olunan işin ən yüksək səviyyədə həyata keçirilməsi və müştərinin hər zaman məmnun qalması bizim peşəkar amalımızdır”, - deyə o qeyd edib.
Şirkət nümayəndəsi nəyə görə mis materialına üstünlük verildiyindən də söz açıb. Onun sözlərinə görə, Mis digər materiallar ilə müqayisədə ölçüyəgəlməz dərəcədə uzun ömürlüdür. Ötən eranın əvvəllərində Almaniyada inşa olunmuş “Hildşeim” monastırının üzəri mis ilə örtülüb. O gündən bəri həmin dam örtüyü olduğu kimi qalıb.
Teymur Hacıyevin sözlərinə görə, istər yağış, istər qar, istər külək, istərsə də günəş bu materialı sıradan çıxarmaq gücündə deyil. İlk gün açıq qırmızı rəngdə olan mis zamanla rəngini dəyişir. Bir neçə gündən sonra oksidləşərək tünd qəhvəyi rəngə çevrilir. İllər sonra isə materialın üzərini yaşıl rəngdə patina təbəqəsi örtür. Və material yaşıl rəngə çevrilir. Zamanla rənginin dəyişilməsi mis materialına xüsusi gözəllik bəxş edir.
Daha sonra çıxış üçün söz Almaniyanın KME şirkətinin Layihə, biznesə və ixrac bölməsinin rəhbəri, memar Herbert Moka verilib. O, misin memarlıqda tətbiqi ilə bağlı Almaniya təcrübəsi haqqında söz açıb. Dünyada mis materialı ilə hazırlanmış möhtəşəm memarlıq nümunələri barədə məlumat verib.
Daha sonra Azərbaycan memarlığında mis materialını tətbiq edərək gözəl binalar inşa etmiş memarlara mükafatlar da verildi. Mükafatlar aşağıdakı nominasiyalar üzrə təqdim olundu:
1. “Misin memarlıqda tətbiqi” konfransının keçirilməsində verdiyi böyük dəstəyə görə - Elbay Qasımzadə (Azərbaycan Memarlar İttifaqının sədri)
2. “Armadil Group” şirkəti ilə sıx əməkdaşlıq etdiyinə görə - “ABİZ Group Architecture&Construction” şirkətinin nümayəndəsi Ali Ender Dere
3. Azərbaycan memarlığında mis materialı ilə gözəl nümunələr yaratdığına görə - Nəriman İmaməliyev.
4. Dövlət layihələrində mis materialından istifadə edərək təkrarsız memarlıq nümunələri yaratdığına görə - Ramiz Hüseynov.
5. Mis və alüminium materialından istifadə edərək gözəl memarlıq nümunələri yaratdığına görə - Toğrul Ruslanoğlu.
6. Misin fərqli rəng çalarlarından istifadə edərək təkrarsız memarlıq nümunələri yaratdığına görə - Orxan Ələsgərov.
7. Yaradıcılığında mis materialını tətbiq etdiyinə görə - Fərid Qaçayev
Tədbir daha sonra axşam ziyafəti ilə davam edib.