Mis fasadın tətbiq edildiyi gözəl bir bina - HİDROPOLİS

0219-cu əsrdə inşa olunmuş bu görkəmli bina Polşanın Vroslav rayonundadır. Bu yaxınlarda bina rekonstruksiya olunub. Mis ilə işlənmiş yeni fasadı binaya əsrarəngiz görkəm bəxş edib. Bununla yanaşı su dekorasiyasından da istifadə edilib.

1890-1893-cü illər arasında inşa olunmuş içməli su hövzəsi “Na Grobli” hövzəsinin tərkib hissəsidir. Bu bina Avropada qorunub saxlanılmış nadir tarixi su təchizatı sistemlərindən biridir və tarixi abidə kimi qorunur. Bu stansiya bağlandıqdan sonra alternativ məqsədlər üçün istifadəsi məsələsi gündəmə gəldi. İndi isə bu obyekt “Hidropolis”-ə çevrilib. Bura Avropada suya həsr olunmuş bilgilər mərkəzidir.

Rezervuarın ölçüləri 73x64 metrdir. Onun daxili hissələri daxili demonstrasiya funksiyalarına malik olan dörd kameradan ibarətdir. Bu kameralar divarlardakı boşluqlar sayəsində bir-birinə birləşir.

Rezervuarın dam hissəsini şirəli keramika, yaşıl rəngli kərpic fasad və dekorativ hissələr təşkil edir.

SU DÜNYASINDA MİSİN TƏTBİQİ

Bu binanın fasadı klassik rəngli mis ilə işlənib. Fasad zaman keçdikçə təbii şərtlər daxilində oksidləşəcək və yaşıl rəngli kərpic hörgülər ilə ahəngdarlıq təşkil edəcək.

Binadakı “Su printeri” özündə 12 modulu birləşdirir. Bu modullar mis fasadın arxasında gizlədilib və elektromaqnit klapanlar ilə idarə olunur. Bu klapanlar gözəl bir su rəqsini həyata keçirir. Suyun sirkulyasiyası qapalı sistemdə həyata keçirilir.

Zal hissəsində artıq oksidləşmiş misdən istifadə olunub. Bu material mat rəngli metal və beton hissələrlə harmoniya yaratmaqla yanaşı, zala işıqlın işığını vurğulayır. Gün işığı xaotik şəkildə düzülmüş boşluqlardan içəri daxil olur və və unikal işıq rəqsi və kölgə effekti yaradır.

Bu qalereyadakı cəmi şəkil sayı - 7