"Armadil Group" şirkətinin əməkdaşları Almaniyanın KME şirkətində işgüzar səfərdə olublar.
Şirkətin baş meneceri Zinət Atakişiyeva və Beynəlxalq Əlaqələr üzrə meneceri Səbinə Tağıyeva səfər çərçivəsində KME şirkətinin rəsmiləri ilə görüşlər keçiriblər. Qarşılıqlı əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində müzakirələr aparılıb.
Xatırladaq ki, Armadil Group şirkəti artıq uzun illərdir ki, mis istehsalı üzrə dünya lideri olan KME şirkəti ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq sayəsində həm ölkəmizdə, həm də dünyanın bir çox ölkələrində layihələr reallaşdırılıb.
KME şirkətimizin təcrübəsini yüksək qiymətləndirir. Dünyanın fərqli ölkələrində reallaşdırdığı layihələrdə bizim təcrübəmizdən və ideyalarımızdan faydalanır.