Tecu Patina

tesu-classic-colorƏgər binanın dizaynı energi və gücü ifadə edirsə, TECU Patina ən doğru seçimdir.

Patina misin paxırlaşmış yaşıl rəngidir. Avropada daha çox tarixi binalarda belə rəngli dam örtüklərini görə bilərsiniz.

Avropa ölkələrində, xüsusilə də Almaniyada dam örtükləri üçün mis materialına xüsusi önəm verilir. Hər sahədə keyfiyyətə xüsusi önəm verən Alman xalqı üçün bu təsadüfi deyil. Çünki mis materialı dam örtükləri və fasad sistemləri üçün ən keyfiyyətli və etibarlı materialdır. Bu material heç bir zaman korroziyaya uğramır. Eyni zamanda dam örtüyü mis ilə işləndikdə binaya xüsusi gözəllik bəxş edir. Odur ki, keyffiyyətə dəyər verən alman xalqı əsrlər boyu binaların üzərinə yalnız mis dam örtükləri vurmağa önəmm veriblər.

Mis ilkin mərhələdə qızılı rəngdə olsa da, quraşdırıldıqdan bir neçə gün sonra atmosfer təsirləri altıda rəngini dəyişərək tünd qəhvəyi rəngə çevrilir. Dəniz kənarında 3-5 ildən sonra, kontinental iqlimdə isə 8-12 il sonra rəngini tamamilə dəyişərək yaşıl rəngli patinaya çevrilir.

Almaniyada və Avropanın digər ölkələrində əsrlər öncə inşa olunmuş binaların üzərinə mis dam örtüyü vurulduğu üçün zaman ərzində həmin dam örtükləri rənglərini yaşıl rəngə doğru dəyişiblər.

Bizim təqdim etdiyimiz texnologiya sayəsində artıq misi təbii olaraq müxtəlif rənglərə boyanmasını illərlə gözləməyə ehtiyac yoxdur. Patina məhz layihələnmiş binanın estetik görkəmi üçün lazım olan materialdır.

 

TECU Patina-nın bir neçə növü də mövcuddur:

tesu-patina-color-all

 

Tecu-classicTecu-classic

 

Ölçülər

Eni və uzunluğu (mm) Qalınlıq (mm)
600 x 3000 0.6 - 0.7 - 1.0
670 x 3000 0.6 - 0.7 - 1.0
800 x 3000 0.6 - 0.7 - 1.0
1000 x 2000 0.6 - 0.7 - 1.0 - 1.2 - 1.5 - 2.0
1000 x 3000 0.6 - 0.7 - 1.0 - 1.2 - 1.5 - 4.0