"Armadil Group" şirkəti milli mənəvi dəyərlərimizə daim hörmətlə yanaşır. Dəyərlərimizin qorunmasını və gələcək nəsillərə ötürülməsini əsas amallarından biri kimi seçib. Bilgəh məscidindəki rekonstruksiya işlərini buna misal göstərmək olar.
Bilgəh qəsəbəsində yerləşən məscid binası şirkətimiz tərəfindən bərpa olunub. Məscidin fasadı təmizlənib günbəzi və minarəsi yenilənib. Yenilənmə zamanı Fransanın Arconic firmasının istehsalı olan alüminium lövhələrdən istifadə olunub. Alüminium lövhələr paxlava və kenet formasında qatlanıb. Günbəz və minarələr gözəl naxışlarla işlənib.