Bakıda dam örtükləri nəyə görə misdən olmalıdır?

dam_ortuyu_userBakı dünyanın bəlkə də ən qeyri-stabil hava şəraitinə malik olan şəhərlərindəndir. Havanın daim küləkli olması və şəhərind dəniz kənarında yerləşməsi sözsüz ki, inşaat materialları seçərkən diqqətli olmağı gərəkdirir.

İlin əksər günlərində Bakıda havanın rütubətliliyi 60-70%-in üzərində olur. Bu rütubət sözsüz ki, tikilərn binaların eksteryerinə də təsirsiz ötüşmür. Şəhərimizdə inşa olunan binaların davamlı olması və gözəlliyini uzun zaman qoruması üçün keyfiyyətli materialı gərəkli edir. Paytaxtımızda inşa olunan binalarda ən çox dəmir (metal kirəmit) materialından istifadə olunur. Baxmayaraq ki, Bakı iqlimi üçün bu ən arzuolunmaz materialdır, insanlar qiymətlərin ucuzluğuna görə bu materialı seçirlər. Halbuki inşa olunan binaların dam örtüklərini hər 10-15 ildən bir dəyişmək məcburiyyəti yaranır. Çünki istifadə olunan material tez aşınır. İlkin estetik görkəmini itirməklə yanaşı, əlavə xərclər yaradır.

Mis dam örtükləri isə yuxarıda sadalanan bütün problemlərin fövqündə dayanır. Bu dam örtükləri heç vaxt aşınmaya məruz qalmır. Əksinə illər keçdikcə daha da gözəlləşir. Bu cür dam örtüklərini digər alternətivlər kimi hər 15-20 ildən bir dəyişmək məcburiyyəti də yoxdur. Çünki bir dəfə quraşdırılan mis dam örtüyü 1000 ilə qədər istismar edilə bilir. Bu da öz növbəsində istər dövlət büdcəsini, istərsə də, şəxsi büdcələri mütəmadi olaraq başa gələn izafi xərclərdən azad edir.