Taxta evlər

taxta_ev"Armadil Group" şirkəti olaraq biz daim öz fəaliyyət sahəmizi genişləndirir, əməkdaşlarımızın peşə bacarıqlarının artırılması yönündə fəaliyyət həyata keçiririk.

Müasir dövrdə elm və texnologiyaların durmadan inkişaf etdiyini nəzərə aldığımız üçün öz işimizdə bütün yenilikləri tətbiq etməyə çalışırıq. Tikinti sahəsindəki yenilikləri mənimsəmək üçün şirkətimizin əməkdaşları mütəmadi olaraq Almaniya, Fransa, Avstriya və Finlandiya kimi ölkələrdə ixtisas artırma kurslarına göndərilir. Bu ölkələrdə əməkdaşlarımız tikinti sahəsindəki qabaqcıl Avropa standartlarını mənimsəməklə yanaşı, həm də tikinti sahəsindəki yenilikləri öyrənir, Azərbaycandakı layihələrdə tətbiq edirlər.

Yuxarıda qeyd olunan tədbirlər şirkətimizin fəaliyyət sahələrinə də təsirsiz ötüşmür. Zamanın tələbi və Azərbaycan istehlakının istəyinə uyğun olaraq yeni-yeni fəaliyyət istiqamətləri açırıq. Belə istiqamətlərdən biri də taxta evlərin inşasıdır.

Taxta evlər

derevjannyj-dom1Taxta evlərin inşasının tarixi bir neçə minilliklərlə hesablanır. Misal üçün İngiltərənin Uildşir qraflığındakı Stounhenc bölgəsində aparılmış arxeoloji qazıntılar zamanı bir neçə taxta ev aşkarlanıb. Hazırda dünyada bilinən ən qədim taxta ev Yaponiyanın Nara şəhərinin yaxınlığındakı kənddə aşkar olunub. Bu evin 1400 il yaşı var. Bundan 400 il cavan olan taxta kilsə isə Norveçin Lillexemmar şəhərindədir.

Bizim işlərimiz

"Armadil Group" şirkəti isə 2016-cı ildə artıq bir neçə taxta ev layihəsini reallaşdırıb. Həyata keçirilən layihələr Finlandiyanın və Rusiyanın taxta ev inşası ənənələrinə söykənərək ən yüksək səviyyədə həyata keçirilib. Evlər inşa olunduqdan sonra Avropadan mütəxəssislər dəvət olunub. Onlar şirkətimiz tərəfindən reallaşdırılan layihəni təftiş edərək yüksək keyfiyyət qiymətləndirilməsi ediblər.

Şirkətimiz bu cür təcrübəsi ilə hər bir Azərbaycan vətəndaşının xidmətindədir. Olduqca eqzotik görüntüyə və keyfiyyətə malik olan taxta evlərin inşasını bizə sifariş verə bilərsiniz.