Mis dam örtükləri

armadil_group_30Mis - memalıq, inşaat, interyer dizayn sahələrində ən çox istifadə olunan materiallardandır. Orta əsrlərdən bu günümüzə qədər Avropada və dünyada dizayn işləri üçün misdən geniş istifadə edilib. Kilsələrdən qəsrlərə qədər, evlərdən ofislərə qədər qədər müxtəlif memarlıq elementləri üçün mis materialı tətbiq edilir. Buraya dam örtükləri, gümbəzlər, novlar, qüllələr, divar birləşmələri və s. daxildir.

Misin memarlıqda istifadəsini onun uzun ömürlülüyü, korroziyaya davamlı olması, mükəmməl görkəmi, binanın cizgilərini dəyişmək imkanı ilə bağlamaq olar.

Mis ən qədim dövlərdən bəri insanların gözəllik yaratmaq üçün istifadə etdikləri materiallardan biridir. Bu gün isə misdən hazırlanmış dam örtükləri həm estetik gözəllik, həm də davamlılıq nümunəsidir.

Mis dam örtüyünü təmizləməyə və kənar təsirlərdən qorumağa ehtiyac yoxdur. Bu xüsusilə də əlçatmaz və təhlükəli areallar üçün münasibdir.

Mis dam örtüklərinin digər bir özəlliyi isə zamanla rəngini dəyişməsidir. Əgər ilk gün dam örtüyü qızılı rəngdə olursa, bir neçə gün sonra dam hava ilə reaksiyaya girərək təbii şəkildə qəhvəyi rəngə boyanır. Uzun illər keçdikdən sonra isə rəng dəyişərək yaşıl olur. Bundan başqa, dam örtüyünün daim qızılı rəngdə olmasını istəyirsinizsə, bunun üçün də seçimlər var. Üzəri lakla örtülmüş mis dam örtüyü illər boyunca öz qızılı rəngini itirmir.

Əsrlər boyu memarlar bu materialdan istifadə edərək uzun ömürlü binalar tikiblər. Mis dam örtükləri hər cür iqlim şərtlərində dözümlüdürlər. Üzərində formalaşan və onu hər cür təsirlərdən qoruyan patina təbəqəsi sayəsində mis materialın ömrü 700 ilə qədər uzanır. Bu müddət ərzində material öz mükəmməl görünüşünü qoruyub saxlayır. Hələ 18-ci əsrdə keçirilmiş sınaqlar göstərib ki, mis dam örtüklərini ömrü 1000 ildən də çox olur.

Orta əsrlərdə mis dam örtükləri ilə bəzədilmiş binalar gözəl görkəmlərini bu günə qədər qoruyur. Almaniyadakı Hindesşeim kilsəsinin dam örtüyü 1280-ci ildə misdən vurulub. Əsrlərin sınağından çıxan mis dam örtüyü bu günə qədər öz mükəmməlliyini qoruyub saxlayır.
Min illərin sınağına dözmüş bu cür memarlıq abidələrinin siyahısı yüzlərlədir.

Əsrlər boyu mis dam örtükləri yalnız görkəmli binaların üstünü bəzəyib. Orta əsrlərdə Yalnız kilsələr, qəsrlər, saraylar mis ilə örtülürdü. Bu gün isə Armadil Group şirkəti hər bir Azərbaycan vətəndaşına bu gözəl imkanlardan yayarlanmağı təklif edir.

Bu qalereyadakı cəmi şəkil sayı - 23