Armadil Group şirkətinin təklif etdiyi digər dam örtükləri metal-kirəmitdir.
Dam örtüyü materialları arasında metal-kirəmit daha çox yayılıb. Bu dam örtükləri forma alınması üçün eninə damğalanan və təbii kirəmitə bənzəyən, polimer örtüklü sinklənmiş polad lövhələrdir.
Metal-kirəmit poladın diyircəkli yayılması və ardınca soyuq ştamplama yolu ilə alınır. Onun əsasını 0,4-0,6mm qalınlıqlı, müxtəlif rəngli polimerlə örtülmüş polad lövhə təşkil edir. Polad lövhələri sink və ya sink və aluminium xəlitə ilə örtülür. Bundan sonra onlar passivasiya edilir, astarlanır və metalı korroziyadan qoruyan və rəng dayanıqlılığını təmin edən qoruyucu polimer təbəqə ilə örtülür.