Təbii kirəmit (Keramika kirəmiti) təbii gil materialından hazırlanmış dam örtükləridir. Bu dam örtüklərinin forma və rəng çeşidləri olduqca genişdir və müxtəlif memarlıq ideyalarının reallaşmasında əvəzolunmaz rol oynayır.
Təbii kirəmit və ya keramika kirəmiti qədim dövrlərdən bu günümüzə qədər dam örtüklərinin quraşdırımasında aktiv istifadə olunan materiallardandır. Keramika kirəmitinin hazırlanmasını prosesi iki mərhələyə bölünür. Birinci növbədə gil xüsusi formaya salınır, qurudulur, üzərinə rəg əlavə olunur. Sonra isə sobada 1000 dərəcə temperaturda bişirilir.
Bu təbii materialın bəzi üstün cəhətləri var. Bunlar mükəmməl görkəm, uzunömürlülük, oda davamlılıq. Bundan başqa, təbii kirəmit ultrabənovşəyi şüaların da qarşısını alır. Hava şəraitinin ani dəyişməsi və digər iqlim faktorları bu dam örtüklərinə heç bir təsir göstərə bilmir.
"Armadil Group"-un təklif etdiyi təbii kirəmitlər bu materialın istifadəsi üzrə qədim ənənələrə malik olan Almaniya istehsalıdır.