Bu cür üsulla hazırlanmış dam örtükləri etibarlılığına görə seçilir. Səthində birləşmə hissəsinin görünməməsi və etibarlı bərkitmə mexanizminə malik olması dam örtüyündən sızma ehtimalını yox edir.
Kenet qatlamanın möhtəşəm görkəmi şəhərin mürəkkəb memarlıq görünüşü ilə mükəmməl ahəng yaradır. Ona görə də bu dam örtüklərindən nəinki yeni binaların tikintisi, həm də mövcud tikililərin yenidən qurulması zamanı da istifadə edilə bilər.