Biz kimik?
Armadil Group Azərbaycanda dam örtükləri və fasad sistemləri sahəsində, həmçinin ofis binalarının, ticarət mərkəzlərinin, yaşayış və otel komplekslərinin, sənaye məqsədli bina və tikililərin, yığma polad konstruksiyaların dizaynı və tikintisi işlərində ən yüksək peşəkarlığa sahib olan şirkətdir.
15 il öncə fəaliyyətə başlayarkən peşəkarlığı əsas fəaliyyət prinsipimiz olaraq seçdik. Bütün işlərimizdə bu prinsipi rəhbər tutduq, dam örtüklərinin quraşdırılması, divarların (fasadların) üzlənməsi, həmçinin ofis binalarının, ticarət mərkəzlərinin, yaşayış və otel komplekslərinin, sənaye məqsədli bina və tikililərin, yığma polad konstruksiyaların dizaynı və tikintisi sahəsində böyük təcrübə topladıq, böyüdük və inkişaf etdik. Avropanın aparıcı sənaye konserni, mis və mis ərintiləri məhsullarının istehsalçısı olan KME GROUP-un Azərbaycanda rəsmi distribyutoru olduq. Armadil Group-un öz dəst-xətti var. Hər bir işimizdə görünən bu dəst-xətti bizim təcrübəli, peşəkar və yüksək yaratma eşqinə malik komandamızın əməyidir.
Uzun illər boyu bu sahə üzrə böyük təcrübə toplayan əməkdaşlarımızın hər biri Almaniyada KME GROUP zavodunda təcrübə keçmiş insanlardır. Alman tərəfdaşlarımız Armadil Group olaraq Bakıda gördüyümüz işləri yüksək qiymətləndirir, bəzi məqamlarda bizim tövsiyələrimizdən də faydalanırlar. Fikirlərimizi Almaniyada yaratdıqları memarlıq nümunələrində də tətbiq edirlər.
Xidmətlərimiz
Biz klassik, modern və milli üslubda dam örtükləri, fasad sistemlərinin təchizatı və quraşdırılası işində, həmçinin ofis binalarının, ticarət mərkəzlərinin, yaşayış və otel komplekslərinin, sənaye məqsədli bina və tikililərin, yığma polad konstruksiyaların dizaynı və tikintisi işlərində Avropa və ən qabaqcıl dünya təcrübəsini Azərbaycana gətirən şirkətik. Bizim əməkdaşlarımız fasad və dam örtükləri sistemlərinin quraşdırıması işində ölkəmizdə ən yüksək peşəkarlığa sahib insanlardır. Müştəri məmnuniyəti, kefiyyət və gözəllik bizim işimizin seçilən tərəfləridir. Bizə etibar olunan işin ən yüksək səviyyədə həyata keçirilməsi və müştərinin hər zaman məmnun qalması bizim peşəkar amalımızdır.
Avropanın sənaye nəhəngləri KME GROUP, RHEINZINK və PREFA, alüminium sənayesi üzrə dünya lideri ALCOA kimi şirkətlərlər bizim beynəlxalq tərəfdaşlarımızdır. Onlarla məkdaşlığımız sayəsində binaların eksteryeri üçün unikal və operativ memarlıq həlləri təklif edirik. Güclü maddi-texniki baza və böyük təcrübə bizə hər cür mürəkkəb konstruksiyaları istehsal etmək və quraşdırmaq imkanı verir. Həm müştərilərimizin, həm də tərəfdaşlarımızın bizə olan etibarı bizi daha da məsuliyyətli olmağa, daim inkişaf etməyə sövq edir. Biz durmadan inkişaf edir, yenilikləri və ən müasir texnologiyaları işimizdə tətbiq edirik. Elmin, texnikanın əmn müasir yeniliklərini işimizdə tətbiq etməyimiz yüksək keyfiyyətli işimizin qarantıdır.
Bizim təklif etdiyimiz məhsullar keyfiyyətə və gözəlliyə dəyər verən insanlar üçündür. Materiallar və rəng seçimi olduqca zəngindir. Bunlar arasında mis, alüminium, titan- sink və ən yüksək keyfiyyət standartlarına cavab verən digər tikinti materiallarını göstərmək olar. Təklif etdiyimiz məhsullar Almaniya, Avstriya, Türkiyə, İtaliya, Rusiya, Fransa kimi ölkələrdə istehsal olunur və ən qabaqcıl dünya standartlarına uyğundur. Geniş seçim imkanı heç bir məhdudiyyət qoyulmadan təqdim olunan memarlıq ideyalarını həyata keçirməyə imkanı verir.
Hal hazırda "Armadil Group" şirkəti fəaliyyət dairəsini genişləndirməklə yanaşı, tikinti sahəsində də ona verilən tapşırıqları uğurla yerinə yetirməkdə davam edir. Bunun sayəsində şirkətin iki törəmə şirkəti var: "ABİZ Memarlıq və İnşaat Qrupu" və "Asiya Tikinti", dam örtükləri və fasad sistemlərinin quraşdırılması, həmçinin ofis binalarının, ticarət mərkəzlərinin dizaynı və inşası, yaşayış və otel kompleksləri, sənaye məqsədli bina və qurğular, yığma polad konstruksiyalardan olan binalar sahələrində aktiv fəaliyyət göstərirlər.
"Armadil Group" şirkətinin memarı və həmtəsisçisi Babək Şamilovun adı təkcə Azərbaycanda deyil, hüdudlarından kənarda da yaxşı tanınıb.
Ustadın əli dünyanın müxtəlif yerlərində memarlıq, rəngkarlıq və heykəltəraşlığı bilən bilicilər tərəfindən yüksək qiymətləndirilən bir çox yaradıcılığa sahibdir. Babək Şamilov 1971-ci ildə Azərbaycanda anadan olub. 1994-cü ildə Memarlıq və İnşaat Mühəndisliyi İnstitutunun Memarlıq fakültəsini bitirdikdən sonra Memarlıq tərkibi kafedrasında müəllimlik edib. Xaricdəki ilk layihə 1997-ci ildə Moskvadakı bir villanın interyeri idi. Layihə uğurla həyata keçirildikdən sonra Rusiya, ABŞ, Avstraliya və ərəb ölkələrində dəvət ilə fəaliyyət göstərib. Peşəkar fəaliyyətinin bütün dövründə təkcə memarlıqda deyil, həm də rəssamlıq və heykəltəraşlıq sahəsində də böyük uğurlar qazandı. Əsərləri həm Azərbaycanda, həm də xaricdə fərdi kolleksiyalardadır.