Günbəz - dairəvi, çoxbucaqlı və ellipsvarı bina və qurğuların üstünü örtmək için istifadə edilən yarım kürə şəklindəki memarlıq və mühəndislik elementidir. Günbəz vasitəsilə əlavə dayaqlar qoymadan çox böyük sahənin üstünü örtmək mümkündür. Vertikal düşən yükdən günbəz konstruksiyalarda sıxılma gərginliyi yaranır və ağırlıq kənar dayaqlara düşür.
Günbəzlərin qurulması ta qədim zamanlardan məlum idi. Ancaq böyük və mürəkkəb günbəzlər Qədim Roma dövründə məbədlərin və böyük ictimai binaların tikintisi zamanı geniş tətbiq edilirdi.
"Armadil Group" şirkəti olaraq biz Azərbaycanda günbəz inşası sahəsində zəngin təcrübəyə sahibik. Artıq Bakı, Gəncə və digər bölgələrimizdə istər ictimai binalar, istərsə də, şəxsi evlərdə çoxsaylı günbəzlər quraşdırmışıq.
Biz istər mis, istər alüminium, istərsə də müştərinin seçimindən asılı olaraq digər materiallardan günbəzlər yığırıq. Günbəzlərin hazırlanması zamanı paxlava qatlaması, kenet qıfılı, balıq pulu qatlaması və digər üsullardan istifadə edirik.