Elastik Kirəmit

Elastik kirəmit istənilən memarlıq ideyalarını və fantaziyalarını reallaşdıra və evinizin təkrarolunmaz obrazını yarada bilən mükəmməl dam örtüyü materialıdır. Kotec, bağ evi və ya şəhər kənarında evin fərqi yoxdur. Geniş rəng çaları və formalar sayəsində məhz sizin eviniz üçün individual olan və ətraf ilə harmoniya yaradan dam örtüyünü seçə bilərsiniz. Bu material bir sıra üstünlüklərə malikdir: rəng davamlılığı, su keçirməzlik, korroziyadan müdafiə və səs izolyasiyası.

Elastik kirəmit və ya bitum kirəmiti müxtəlif formalarda kəsilmiş lövhələrdir. Bu lövhələrin hazırlanması zamanı şüşə kətan hər iki tərəfdən bitum təbəqəsi ilə örtülür. Lövhələrin üst təbəqəsinə rəng çilənir. Məhz bunun sayəsində elastik kirəmitin mükəmməl estetik keyfiyyətləri ortaya çıxır.

Bu məhsullara 60 illik zəmanət verilir.

 

elastik-kiremit-1elastik-kiremit-2