Alüminium Fasad Sistemləri

aluminium_fasad_armadil_groupAlüminium fasad örtüklərinə müasir memarlıqda geniş yer ayrılır. Alüminium fasadlar həm mükəmməl xarici görkəminə, həm də möhkəmlik və təhlükəsizlik kimi xüsusiyyətlərinə görə seçilir. Bu cür fasad sistemləri binanı müxtəlif xarici faktorlardan qoruyur və uzun müddət gözəl görkəmini saxlaya bilir.

Bu gün həm dünyada, həm də ölkəmizdə alüminium fasadların istifadəsi geniş miqyas alıb. Alüminium fasadlar həm möhkəm, həm etibarlı, həm də təhlükəsizdir.

Alüminium polad və mislə müqayisədə qat-qat yüngül materialdır. Bir çox zövqlü insanlar fasad örtüklərinin möhkəm və gözəl olmasından savayı, onun daha az çəkiyə sahib olmasına da önəm verir. Məhz bu özəlliyinə görə, alüminium fasad örtükləri ən çox önəm verilən materiallar sırasındadır.

Armadil Group şirkəti Azərbaycanda bu cür xidmətlər göstərən nadir şirkətlərdəndir. Şirkət Azərbaycanda alüminium fasad örtüklərinin quraşdırılması sahəsində zəngin təcrübəyə malikdir.

"Armadil Group"-un mütəxəssisləri mütəmadi olaraq Avropa ölkələrində təkmilləşdirmək kursları keçirlər və ən müasir inşaat texnologiyalarını işlərində tətbiq edirlər.

Bizim təklif etdiyimiz alüminium fasad örtüklərinin rəng çalarları olduqca zəngindir. Biz hər kəsin zövqünə uyğun 42 cür rəng çaları təklif edirik

aluminium_fasad_1aluminium_fasad_2

Nəyə görə məhz alüminium fasad?

Alüminium fasad panelləri adətən binaların üzlənməsi üçün istifadə olunur. Belə olan təqdirdə "havalandırılan fasad" təmin edilir. Adətən hündür binaların üzəri alüminium fasadlarla örtülür. Alüminium fasad profillərini şüşə (və ya MDF) ilə birlikdə mətbəx dolablarının hazırlanmasında da istifadə etmək olar.

Alüminium fasadların bir çox üstünlükləri var. Ən əsas üstünlüklər isə havanın hərarətinin qalxıb-enməsinə qarşı yüksək davamlılıq və binanın təbiət hadisələrinin (qar, yağış, şaxta) təsirindən qorunmasıdır. Alüminium fasadla üzlənmiş binanın ömrü daha da uzun olur.

Alüminiumun digər üstünlüyü isə mexaniki təsirlərdən də yüksək səviyyədə qorunmasıdır. Müxtəlif rəng seçimlərini də alüminium fasadların üstünlükləri sırasına daxil etmək olar. Çünki bu rənglər ən müxtəlif zövqləri təmin edəcək dərəcədə zəngindir.

İstehsal və tətbiq

aluminium_fasad_armadil_group_1Fasadların hazırlanması üçün kifayət qədər qəliz quruluşu olan alüminium lövhələrdən istifadə edilir. Hazırlıq mərhələsi aşağıdakı proseslərdən keçir:

  • Alüminium lövhə bir neçə anti-korroziya qatları ilə (lak, plyonka, plastik) örtükür,
  • Bir neçə laklama mərhələsi keçir.
  • Lövhələr müxtəlif növ laklarla bir neçə dəfə laklanır və quruduqdan sonra üzərinə qoruyucu plyonka çəkilir.

Belə lövhələrdən böyük fasad konstruksiyaları da qurmaq mümkündür. Haqqında bəhs edilən lövhlər alüminium lentlərdən hazırlanır. Ona görə də, həmin lövhələri müxtəlif uzunluqda etmək mümkündür. Bu lövhələrlə fasad olduqca gözəl olmaqla yanaşı, həm də asan quraşdırılır. Bu cür fasadlar divarların havalanmasın təmin edir ki, bu da öz növbəsində göbələklərin formalaşmasının qarşısını alır. Həmçinin binanın əlavə istiliyini təmin edir.

Alüminium fasadların quraşdırılması və istifadə göstəriciləri

Alüminium fasadlar bir neçə elementdən ibarət olur. Bu elemetlər divarın xarici görkəminin gözəlliyini təmin edir. Bunun üçün kranşteynlər, profillət, isidici və xüsusilə də üzləyici lövhələr önəmlidir.

Alüminium fasadların quraşdırılması kranşteynlərin bərkidilməsi ilə başlayır. Bunun sayəsində konstruksiyanın bütün ağırlığı saxlayıcı divarın üzərinə düşür. Kranşteynlər kifayət qədər yükü saxlamaq qabiliyyətində olmaqala yanaşı, korroziyaya davamlı materiallardan hazırlanır. Bərkidilmə işləri aparıldıqdan sonra xüsusi membranlar ilə qapadılır.

Alüminium fasadlara xüsusi xidmət qaydaları yoxdur.