Alüminium dam örtükləri yüngüllüyü bə uzunömürlülüyü ilə seçilir. Bundan əlavə alüminium dam örtükləri qara metallar kimi korroziyaya da uğramır. Bu material tikişli damların quraşdırımasında istifadə olunur. Uzun lövhə, qısa lövhə, romb, balıq pulu və kenet dam örtüklərinin hazırlanması alüminium ilə də gerçəkləşdirilir. Sifarişçinin istəyindən asılı olaraq bu və ya digər alüminium tipini və rəng çalarını seçmək olar. Geniş rəng seçimi müştəriyə imkan verir ki, müxtəlif memarlıq ideyalarını reallaşdıra bilsin.
Elastiklik alüminium dam örtüklərinin daha bir üstün cəhətidir ki, bu da dam örtüyü materialının seçilməsi zamanı mühüm rol oynayır. Bu göstəricidən asılı olaraq dam örtüyünü müxtəlif formalara salmaq mümkündür. İstər yeni binaların, istərsə də yenidənqurma işlərinin həyaya keçirilən binaların üzərini alüminium dam örtüyü ilə örtmək mümkündür.
Alüüminiumun əsas üstünlükləri:
- Heç vaxt paslanmır – alüminiumun korroziyaya davamlılıq qabiliyyəti adi metaldan 20 dəfə çoxdur;
- Havanın hərarətinin ani və kəskin dəyişməsinə tab gətirir. Bu cür dam örtüklərini -40° dərəcədən +90°-yə qədər temperatur alüminium dam örtüklərinin istər keyfiyyətinə, istərsə də, görkəminə təsir göstərə bilmir. Məhz bu səbəbdəndir ki, alüminium materialından təyyarələrin istehsalında geniş istifadə olunur. +30° dərəcə ilə, -50° dərəcə arasındakı temperatur fərqinin anidən dəyişməsi təyyarələrin işinə heç bir formada təsir göstərə bilmir;
- Alüminiumun çəkisinin də az olması əsas faktorlardan biridir. 2,6m² sahəsi olan alüminium dam örtüyünün çəkisi 2,3 kiloqramdır. Bu da materialın istər rekonstruksiyası, istərsə də, quraşdırılmasını rahatlaşdırır;
- Quraşdırılmasından sonra heç bir əlavə xidmətə ehtiyac duyulmur;
Bizim təklif etdiyimiz alüminium dam örtükləri Almaniyanın “Prefa” və Amerikanın “Alcoa” şirkətlərinin məhsullarıdır.
Bizim təklif etdiyimiz alüminium dam örtüklərinin rəng çalarları aşağıdakı kimidir: