ENG RUS

Haqqımızda

Biz kimik?

Armadil Group Azərbaycanda dam örtükləri və fasad sistemləri sahəsində ən yüksək peşəkarlığa sahib şirkətdir. 15 il öncə fəaliyyətə başlayarkən peşəkarlığı əsas fəaliyyət prinsipimiz olaraq seçdik. Bütün işlərimizdə bu prinsipi rəhbər tutduq, dam örtüklərinin quraşdırılması, divarların (fasadların) üzlənməsi sahəsində böyük təcrübə topladıq, böyüdük və inkişaf etdik. Avropanın aparıcı sənaye konserni, mis və mis ərintiləri məhsullarının istehsalçısı olan KME GROUP-un Azərbaycanda rəsmi distribyutoru olduq. [ətrafli]

 

Xidmətlərimiz

Biz klassik, modern və milli üslubda dam örtükləri, fasad sistemlərinin təchizatı və quraşdırılası işində Avropa və ən qabaqcıl dünya təcrübəsini Azərbaycana gətirən şirkətik. Bizim əməkdaşlarımız fasad və dam örtükləri sistemlərinin quraşdırıması işində ölkəmizdə ən yüksək peşəkarlığa sahib insanlardır. Müştəri məmnuniyəti, kefiyyət və gözəllik bizim işimizin seçilən tərəfləridir. Bizə etibar olunan işin ən yüksək səviyyədə həyata keçirilməsi və müştərinin hər zaman məmnun qalması bizim peşəkar amalımızdır. [ətraflı]

Məhsullarımız

Bizim təklif etdiyimiz məhsullar keyfiyyətə və gözəlliyə dəyər verən insanlar üçündür. Materiallar və rəng seçimi olduqca zəngindir. Bunlar arasında mis, alüminium, titan- sink və ən yüksək keyfiyyət standartlarına cavab verən digər tikinti materiallarını göstərmək olar. Təklif etdiyimiz məhsullar Almaniya, Avstriya, Türkiyə, İtaliya, Rusiya, Fransa kimi ölkələrdə istehsal olunur və ən qabaqcıl dünya standartlarına uyğundur. Geniş seçim imkanı heç bir məhdudiyyət qoyulmadan təqdim olunan memarlıq ideyalarını həyata keçirməyə imkanı verir. [ətraflı]

Məhsullar

Bu material dam örtüyü üçün unikal növdür. Mis damları digər sadə materiallardan hazırlanan dam örtüklərindən fərqli olaraq daha nəcib görünür və daha sərfəlidir.

ƏTRAFLI

Dünya memarlığında Fasad sistemlərində bu misin tətbiqi keyfiyyəti və gözəlliyi ilə yanaşı qiymətinin münasibliyi ilə əlaqədardır.

ƏTRAFLI

Alüminium dam örtükləri yüngüllüyü bə uzunömürlülüyü ilə seçilir. Bundan əlavə alüminium dam örtükləri qara metallar kimi korroziyaya da uğramır.

ƏTRAFLI

Alüminium fasadlar həm mükəmməl xarici görkəminə, həm də möhkəmlik və təhlükəsizlik kimi xüsusiyyətlərinə görə seçilir.

ƏTRAFLI

Günbəz - dairəvi, çoxbucaqlı və ellipsvarı bina və qurğuların üstünü örtmək için istifadə edilən yarım kürə şəklindəki memarlıq və mühəndislik elementidir.

ƏTRAFLI

Qüllə binaların və günbəzlərin sərt ucu olan qüllələridir. Adətən bu cür qüllələrin üzərinə gerblər, rəmzlər və bayraqlar asılır.

ƏTRAFLI

Bu material əsasən dam örtüklərinin və fasad sistemlərinin quraşdırılası üçün istifadə olunur.

ƏTRAFLI

Elastik kirəmit istənilən memarlıq ideyalarını və fantaziyalarını reallaşdıra və evinizin təkrarolunmaz obrazını yarada bilən mükəmməl dam örtüyü materialıdır.

ƏTRAFLI

Metal kirəmit dam örtükləri forma alınması üçün eninə damğalanan və təbii kirəmitə bənzəyən, polimer örtüklü sinklənmiş polad lövhələrdir.

ƏTRAFLI

Keramika kirəmiti təbii gil materialından hazırlanmış dam örtükləridir. Bu dam örtüklərinin forma və rəng çeşidləri olduqca genişdir.

ƏTRAFLI

Bu cür üsulla hazırlanmış dam örtüklərinin səthində birləşmə hissəsinin görünməməsi və etibarlı bərkitmə mexanizminə malik olması dam örtüyündən sızma ehtimalını yox edir.

ƏTRAFLI

Yüksək keyfiyyətə malik bu məhsul ən çətin iqlim şəraitlərində belə öz keyfiyyətini qorumaq xüsusiyyətinə görə fərqlənir.

ƏTRAFLI

Multimedia

Tərəfdaşlar